Baş mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mühasib

  • Истекает 9 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək;
  • Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə müəssisənin mühasibat balansını və digər hesabat sənədlərini tərtib etmək, aidiyyəti orqanlara və təşkilatlara təqdim etmək;
  • Vergi, DSMF, Statistika və Vahid Muzdlu hesabatlarının hazırlanması və vergi orqanlarına təqdim edilməsini təmin etmək;
  • Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının cavablandırılmasını təmin etmək;
  • Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə kreditor və debitorlarla üzləşmələrin aparılması və sənədləşdirilməsini təmin etmək;
  • Əmlakın, pul vəsaitlərinin, hesablaşmaların və balans maddələri üzrə inventarizasiyanın aparılmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Müəssisə üzrə əmək haqqı fondunun düzgün xərclənməsini, vəzifə maaşlarının və əlavələrin ştat cədvəlinə uyğun hesablanmasını və ödənilməsini təmin etmək və nəzarət etmək;
  • Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək və onların işlərinə nəzarət etmək;
  • 1C 8.3 ERP sistemində “Mühasibat uçotu” və digər aidiyyəti modulların qurulmasında yaxından iştirak və bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanmasına nəzarət;
  • 1C 8.3 ERP sistemində ay bağlantılarının verilməsi, kənarlaşmaların aşkarlanması, təhlil edilməsi və aradan qaldırılması, sistemdən düzgün formada aylıq dövriyyə qalıq cədvəlinin formalaşmasının təmin edilməsi.

Namizədə dair tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi; 
  • 1C 8.3 ERP proqramında mükəmməl işləmək bacarığı mütləqdir;
  • PMS sertifikatının olması mütləqdir. ACCA, CİMA sertifikatlarının olması arzu olunandır;
  • Elektron portallarda işləmək bacarığı (e-gov, e-taxes və s.);
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
  • Vergi və Əmək Məcəlləsi, Mühasibatlıqla bağlı yerli qanunvericiliyə dair müfəssəl biliklər;
  • Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli, İngilis və türk dili bilikləri arzu olunandır; 
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.

Müraciət qaydası: Mövzu yerinə “Baş mühasib” qeyd edərək e-mail ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily87
  • Weekly424
  • Monthly2062