Vəzifə təlimatı:
- Xüsusi kağız və parça da daxil olmaqla, boya, vinil və divar kağızlarını divarlara, mebellərə və müxtəlif konstruksiyalara tətbiq etmək;
- Boyanmış daxili və xarici səthləri, dekorativ elementləri və qurğuları yoxlamaq və onlara texniki qulluq göstərmək;
- Səthləri hazırlamaq, rəngləmək və təmizləmək;
- Müvafiq materiallardan istifadə etməklə divar səthlərini yoxlamaq və yeniləmək;
- Divarlar üçün uyğun divar kağızı və ya parça seçmək, kəsmək və tətbiq etmək;
- Boyama işlərinin icrası üçün obyektin planlarını və təsvirlərini oxumaq;
- Boya təchizatını və materiallarını sifariş etmək;
- Daxili divarları və tavanları divar kağızı və ya parça ilə örtmək;
- Yüksək təzyiqli, kiçik həcmli sprey cihazlarından istifadə etmək;
- Müvafiq ixtisası olmayan və ya tam ixtisaslaşmamış işçilərə kömək etmək;
- Müxtəlif elektrik və əl alətlərindən istifadə etmək və onların texniki vəziyyətini qorumaq;
- İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, avadanlıq və alətləri aidiyyəti üzrə geri qaytarmaq;
- Təmiz iş mühitini təmin etmək;
- Boya ləvazimatlarına və avadanlıqlarına nəzarət edilməsində, boya emalatxanalarının təmiz və təhlükəsiz saxlanılmasında texniki xidmət üzrə mühəndisə kömək etmək.
Tələblər
- Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi; (hotel təcrübəsi üstünlükdür)
- Təmir və lehimləmə işlərini aparmaq bacarığı;
- Dəyişkən iş qrafikində işləmək bacarığı;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Rəngsaz” qeyd etməyiniz xahiş olunur