Qafqaz Baku City Hotel & Residences Qafqaz Baku City Hotel & Residences
  • 462

Qafqaz Baku City Hotel & Residences

Hotels, Restaurants & Leisure

Rezervasiya üzrə inzibatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rezervasiya üzrə inzibatçı

  • Deadline 18 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri 

  • Qonaq sorğularına cavab vermək, dəyişikliklər etmək və ləğv proseslərini icra etmək.
  • Xüsusi qonaq tələblərini nəzərə almaq və müştəri məmnuniyyətini təmin etmək.
  • Satış, resepsiya və ya əməliyyat komandaları ilə əməkdaşlıq edərək xidmətlərin fasiləsiz göstərilməsini təmin etmək.
  • Artıq bron etmə hallarını həll etmək, sistem xətalarını aradan qaldırmaq və müştəri şikayətlərini idarə etmək.
  • Rezervasiyaları, müştəri məlumatlarını və əməliyyatlarla bağlı məlumatları qeydiyyata almaq və yeniləmək.
  • Gündəlik, həftəlik və aylıq rezervasiya hesabatlarını hazırlamaq.
  • Müştərilərdən daxil olan zənglərə cavab vermək və elektron poçt vasitəsilə rezervasiya sorğularına və ya tələblərinə cavab vermək.
  • Rezervasiyaları, ləğvləri və dəyişiklikləri rezervasiya proqramı vasitəsilə icra etmək.
  • Onlayn kanalları idarə etmək bacarığı, kanalların aylıq incələnməsi və məruzənin verilməsi.
  • Müxtəlif qiymət kateqoriyaları, xüsusi təkliflər və müştəri seqmentləri üçün tarif kodlarını təyin etmək və idarə etmək, düzgün qiymət və əlçatanlığı təmin etmək.
  • Digər şöbələrlə ünsiyyət quraraq qonaq tələblərinin yerinə yetirilməsini təmin etmək.
  • Müştəri məlumatlarını rezervasiya sistemində yeniləmək və qorumaq.
  • Gündəlik yazışmaları idarə etmək.

Tələblər 

  • Qonaqpərvərlik sektorunda oxşar vəzifədə ən azı 2-3 il iş təcrübəsi.
  • Rus və İngilis dillərini bilmək.
  • Əla ünsiyyət və müştəri xidməti bacarıqları.
  • Diqqətcil olmaq və sürətli iş mühitində işləmə bacarığı.
  • Rezervasiya idarəetmə proqramları və alətləri üzrə bilik və təcrübə (Opera proqramında sərbəst işləmə bacarığı).

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Rezervasiya üzrə inzibatçı” qeyd etməyiniz xahiş olunur

  • Daily3
  • Weekly535
  • Monthly739