Komandamıza İT sahəsində satış və biznesin inkişafı istiqamətində çalışacaq mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin müəyyən edilməsi və yeni biznes əlaqələrinin qurulması;
- Şirkətin təqdim etdiyi İT məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Müştəri görüşlərinin, təqdimatların və kommersiya danışıqlarının aparılması;
- Mövcud müştərilərlə işgüzar münasibətlərin davam və inkişaf etdirilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- B2B satış sahəsində ən az 2 il iş təcrübəsi;
- İT məhsulları, proqram təminatı və texnoloji həllər haqqında baza bilikləri;
- Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun İT həllini təqdim etmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və müştəri ilə iş bacarıqları.
Üstünlük veriləcək namizədlər:
- Proqram təminatı, şəbəkə həlləri və ya digər İT məhsullarının satışında təcrübəsi olanlar;
- Texniki komandalarla əməkdaşlıq edərək müştəri tələblərini uyğun həllərə çevirə bilənlər.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanı üzərindən göndərə bilərlər. Mövzu hissəsində IT Sales Specialist qeyd olunması xahiş olunur.