Vəzifə təlimatı:
- Mətbəxdə ona həvalə olunmuş bölmənin işini təşkil etmək və idarə etmək
- Yeməklərin resept və standartlara uyğun hazırlanmasını təmin etmək
- Yeməklərin keyfiyyətinə, təqdimatına və porsiya standartlarına nəzarət etmək
- Qonaqlara təqdim edilən yeməklərin yüksək keyfiyyətdə hazırlanmasına cavabdeh olmaq
- Mətbəxdə sanitar-gigiyena qaydalarına və qida təhlükəsizliyi standartlarına (HACCP və s.) riayət olunmasını təmin etmək
- Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və onların texniki vəziyyətinə nəzarət etmək
- Məhsulların düzgün saxlanmasını, stokların idarə olunmasını və son istifadə tarixlərinə riayət edilməsini təmin etmək
- Məhsul itkilərinin (waste) minimuma endirilməsi üçün tədbirlər görmək
- Gündəlik hazırlıq işlərini (mise en place) planlamaq və nəzarətdə saxlamaq
- Sifarişlərin vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək
- Yeni menyuların hazırlanması və təkmilləşdirilməsi prosesində baş aşpaza dəstək olmaq
- Mövsümi menyuların hazırlanmasında iştirak etmək və təkliflər vermək
- Öz bölməsində çalışan köməkçi aşpazların işinə nəzarət etmək, onları öyrətmək və inkişaf etdirmək
- İş bölgüsünü düzgün təşkil etmək və komanda daxilində koordinasiyanı təmin etmək
- Mətbəx daxilində digər bölmələrlə (servis, satınalma və s.) koordinasiyalı işləmək
- İş prosesində yaranan problemlər barədə rəhbərliyə operativ məlumat vermək
- Təhlükəsizlik qaydalarına (yanğın, texniki təhlükəsizlik və s.) riayət etmək
- Təmizlik və nizam-intizamın daimi qorunmasını təmin etmək
Tələblər:
- Aşpazlıq sahəsində peşə təhsili və ya müvafiq sertifikat.
- Hotel və ya restoran mətbəxində iş təcrübəsi.
- Qida təhlükəsizliyi və gigiyena qaydaları barədə bilik
- Komanda ilə işləmək bacarığı.
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Aşpaz (Chef de partie)” qeyd etməyiniz xahiş olunur