Ofis Meneceri

  • Истекает 6 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qafqaz Təhsil Mərkəzi MMC komandamıza məsuliyyətli, ünsiyyət bacarığı yüksək və təşkilatçılıq qabiliyyətinə malik Ofis Meneceri axtarır.

Vəzifə öhdəlikləri:

  • Ofisə daxil olan zənglərin, e-poçtların və müraciətlərin cavablandırılması;
  • Tələbələrin qəbulu və təhsil proqramları barədə ətraflı məlumatlandırılması;
  • Xarici universitetlərə qəbul prosesi üzrə sənədlərin hazırlanması və izlənilməsi;
  • Müqavilələrin, rəsmi məktubların və digər sənədlərin hazırlanması;
  • Müştəri bazasının idarə olunması və məlumatların mütəmadi yenilənməsi;
  • Ofisin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası;
  • Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus və ya ingilis dilini bilmək üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
  • Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və diqqətli olmaq;
  • Təhsil sahəsində iş təcrübəsi üstünlük hesab olunur.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 1–6-cı günləri (Bazar ertəsi–Şənbə), 09:00–18:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
  • Rahat və müasir iş mühiti.

Maraqlanan namizədlər CV-lərini "Ofis Meneceri" mövzusu ilə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly580
  • Monthly597