Xaricdə təhsil sahəsində fəaliyyət göstərən komandamıza Xaricdə Təhsil Paketləri üzrə Satış Meneceri vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.
Təklif edirik:
- Yüksək əməkhaqqı
- Satış nəticələrinə əsasən yüksək bonus sistemi
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanı
- Peşəkar və dinamik iş mühiti
- Davamlı təlim və inkişaf proqramları
Namizədə tələblər:
- Ali təhsil;
- Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Satış sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir. Xaricdə təhsil sahəsində təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil paketlərinin müştərilərə təqdim olunması və satışı;
- Potensial müştərilərlə görüş və danışıqların aparılması;
- Müştərilərə peşəkar konsultasiya xidmətinin göstərilməsi;
- Müştəri bazasının formalaşdırılması və idarə olunması;
- Satış planının icra edilməsi və aylıq hədəflərin yerinə yetirilməsi.
Əməkhaqqı: Yüksək fix əməkhaqqı + yüksək bonus sistemi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərə bilərlər.
Zəhmət olmasa, e-mailin mövzu (Subject) hissəsində "Xaricdə Təhsil Paketləri üzrə Satış Meneceri" qeyd edin.
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.