Qala Group Qala Group
  • 392

Planlama mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama mühəndisi

  • Deadline 8 February 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə haqqında məlumat:

SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.                               

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

  • Tikinti layihələrinin planlaşdırılması və iş cədvəllərinin hazırlanması.
  • Layihələrin icra müddətini, resurslarını və iş proseslərini optimallaşdırmaq.
  • Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin   formalaşmasının təmin edilməsi.
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və proqrama daxil edilməsi və yenilənməsi.
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi.
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq.
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.
  • Gantt qrafikləri, CPM (Critical Path Method) və digər planlama alətlərindən istifadə edərək layihə cədvəllərinin tərtibi və idarə edilməsi.
  • İcra proseslərinin nəzərdən keçirilməsi, mümkün gecikmələrin müəyyən edilməsi və həll yollarının təklif edilməsi.
  • Layihə rəhbərləri və digər əlaqədar tərəflərlə mütəmadi koordinasiya aparmaq.
  • İş proseslərinin monitorinqi və hesabatların hazırlanması.
  • Risklərin qiymətləndirilməsi və onların təsirini minimuma endirmək üçün tədbirlərin görülməsi.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

Tələblər:

Təhsil və Təcrübə:

  • İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqədar sahələr üzrə ali təhsil.
  • Tikinti sahəsində, xüsusilə planlama mühəndisi kimi ən azı 2-5 il iş təcrübəsi.

Texniki Bacarıqlar:

  • Primavera P6, Microsoft Project, AutoCAD və digər planlama və dizayn proqramlarından istifadə bacarığı.
  • Tikinti prosesləri və texnologiyaları barədə dərin bilik.
  • Layihə idarəetmə metodologiyaları üzrə təcrübə.
  • İngilis dili biliyi arzu olunandır.

Şəxsi Keyfiyyətlər:

  • Analitik düşüncə və problem həll etmə bacarığı.
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı.
  • Məsuliyyətli, detallara diqqətli və vaxtı idarəetmə qabiliyyəti;

Namizədlərdən şəkilli CV-lərini “Planlama mühəndisi” mövzusu ilə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly325
  • Monthly353