Satınalma departamentinin rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satınalma departamentinin rəhbəri

  • Истекает 4 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı:

  • İnşaat

Layihə haqqında məlumat:

SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.       

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

Departamentin İdarə Edilməsi:

  • Satınalma departamentinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək.
  • Komandanın gündəlik işlərinin koordinasiya olunması və effektiv iş bölgüsünün aparılması.

Strateji Planların Hazırlanması:

  • Departamentin strateji planlarını və hədəflərini müəyyən etmək və bu planların həyata keçirilməsinə nəzarət etmək.
  • Satınalma strategiyalarının şirkətin ümumi məqsədlərinə uyğun olmasını təmin etmək.

Təchizatçı Seçimi və İdarə Olunması:

  • Təchizatçıları seçmək və qiymətləndirmək üçün meyarların müəyyən edilməsi və tətbiqi.
  • Etibarlı və keyfiyyətli təchizatçı şəbəkəsinin qurulması və idarə olunması.

Müqavilə İdarəçiliyi:

  • Təchizatçılarla müqavilələrin müzakirəsi, şərtlərin müəyyən edilməsi və müqavilələrin bağlanması.
  • Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək və müqavilə pozuntularının qarşısını almaq.

Qiymət Danışıqları və Büdcə Nəzarəti:

  • Ən əlverişli qiymətlərin və şərtlərin əldə edilməsi üçün danışıqların aparılması.
  • Satınalma büdcəsinin müəyyən edilməsi, xərclərin monitorinqi və büdcəyə uyğun hərəkət etmək.

Performansın Təhlili və Hesabatlılıq:

  • Departamentin performansını qiymətləndirmək və inkişaf sahələrini müəyyən etmək.
  • Satınalma fəaliyyətləri və nəticələri barədə müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Risk İdarəçiliyi və Uyğunluq:

  • Təchizat prosesində potensial risklərin və maneələrin aşkarlanması və bu risklərin idarə edilməsi.
  • Satınalma proseslərinin hüquqi və etik normalara uyğun həyata keçirilməsini təmin etmək.

İş Proseslərinin Təkmilləşdirilməsi:

  • Proseslərin avtomatlaşdırılması və satınalma əməliyyatlarının daha səmərəli şəkildə həyata keçirilməsi üçün müasir texnologiyaların tətbiqi.
  • Departamentin iş proseslərinin optimallaşdırılması və effektivlik səviyyəsinin artırılması.

Komanda İdarəçiliyi və İnkişafı:

  • Satınalma komandası üçün motivasiyaedici mühit yaratmaq və komandanın inkişafına dəstək vermək.
  • İşçilərin peşəkar təlimi və inkişafı üçün tədbirlər görmək.

Müştəri və Tərəfdaşlarla Əlaqələr:

  • Daxili müştərilərlə və digər departamentlərlə effektiv əməkdaşlığın qurulması.
  • Tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli işgüzar əlaqələrin inkişaf etdirilməsi.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Biznesin idarə edilməsi, maliyyə, logistika və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi;
  • Satınalma və ya əlaqəli sahədə ən azı 5-10 il iş təcrübəsi;
  • Rəhbər vəzifələrdə (departament rəhbəri və ya menecer kimi) iş təcrübəsi arzuolunandır; Problemləri təhlil etmək və kompleks məsələləri həll etmək qabiliyyəti;
  • Effektiv strateji planlama və qərar qəbul etmə bacarığı;
  • Səmərəli şərtlər və qiymətlər əldə etmək üçün bazar analizi və tədqiqat aparmaq qabiliyyəti;
  • Effektiv liderlik və komanda idarəetmə bacarığı;
  • Satınalma büdcələrinin planlaşdırılması və idarə olunması sahəsində biliklər;
  • Xərclərin effektiv şəkildə izlənməsi və qənaət imkanlarının müəyyən edilməsi;
  • Şirkətin digər departamentləri, təchizatçılar və tərəfdaşlarla effektiv əməkdaşlıq qurmaq bacarığı;
  • EtikYerli və beynəlxalq təchizatçılarla işləmək üçün tələb oluna biləcək xarici dillərdə (məsələn, ingilis dili) səlis danışıq qabiliyyəti tədarük proseslərinə riayət etmək və uyğunluğun təmin edilməsi bacarığı.

Namizədlərdən şəkilli CV-lərini “Satınalma departamentinin rəhbəri” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily81
  • Weekly674
  • Monthly1696