Qala Həyat Sığorta Şirkəti Qala Həyat Sığorta Şirkəti
  • 148

Qala Həyat Sığorta Şirkəti

Insurance

Komplayens Xidməti Rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komplayens Xidməti Rəhbəri

  • Истекает 30 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə Komplayens Xidməti Rəhbəri tələb olunur:

Namizədə olan tələblər:

  • Təhsil: Ali (Hüquq sahəsi üzrə)
  • Dil bilikləri: Azərbaycan (ingilis dili arzu olunandır)
  • Səlis danışıq qabiliyyəti
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
  • İş təcrübəsi: Maliyyə sektorunda hüquq və risklərin idarəedilməsi, komplayens, aktuar və daxili audit fəaliyyəti üzrə azı 4 (dörd) illik iş təcrübəsi

Əsas vəzifə öhdəlikləri:

  • Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək.
  • Sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək.
  •  Aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq.
  • Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlamaq və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin etmək.
  • Yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq.
  • Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək.
  • Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq.
  • Sığortaçıya və sığortaçının rəhbər işçilərinə tətbiq edilən sanksiyaların, sığortaçı barəsində qəbul edilmiş məhkəmə aktları ilə nəzərdə tutulan tələblərin, Mərkəzi Bank tərəfindən verilən icrası məcburi olan göstərişlərin icrasına nəzarət etmək, habelə müvafiq nəzarət tədbirlərinin sığortalılara təsiri barədə Komplayens Komitəsinə, bu komitə olmadıqda isə Riskləri İdarəetmə Komitəsinə hesabat təqdim etmək.

İş şərtləri:

İş qrafiki: 09:00 – 18:00 (həftədə 5 gün olmaqla)

  • Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
  • Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).

Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Komplayens Xidməti Rəhbəri” qeyd etməklə göndərə bilərlər

Əlaqə vasitələri:

  • Daily13
  • Weekly241
  • Monthly262