Qala Həyat Sığorta Şirkəti Qala Həyat Sığorta Şirkəti
  • 264

Qala Həyat Sığorta Şirkəti

Sığorta

Məhsul Meneceri/Sahibi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhsul Meneceri/Sahibi

  • Deadline 28 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Məhsul Meneceri/Sahibi” tələb olunur:

Namizədə olan tələblər:

  • İqtisadiyyat və ya Biznesin İdarə Edilməsi əlaqəli sahədə ali təhsil.
  • Yüksək kommunikasiya və cross-functional komanda əməkdaşlığı.
  • Məhsul idarəçiliyi, biznes analitikası və ya marketinq sahəsində ən azı 2 illik təcrübə. Sığorta, fintech və ya rəqəmsal xidmət sahəsində təcrübə üstünlükdür.
  • Agile / Scrum çərçivəsində məhsul inkişafı proseslərini bilmək.
  • Strateji və analitik düşüncə, roadmap və məhsul təklifləri qurmaq bacarığı.
  • Marketinq anlayışı və istifadəçi davranışlarını dəyərləndirmək bacarığı.
  • Rəqəmsal məhsullarla işləmə təcrübəsi (MVP, testlər, data təhlili).

Əsas vəzifə öhdəlikləri:

  • Məhsul üzrə strateji baxış, roadmap və prioritetlərin müəyyən edilməsi.
  • Rəqəmsal məhsulların (mobil tətbiq, şəxsi kabinet) funksional inkişafının idarə olunması.
  • Məhsulun həyat dövrünün planlanması və MVP versiyalarının yaradılması.
  • Kompleks və hibrid sığorta məhsullarının hazırlanması və müştəri seqmentlərinə uyğunlaşdırılması.
  • Məhsul performansının (satışlar, NPS, konversiya) dashboard və KPI-lər üzrə ölçülməsi.
  • Müştəri məlumatlarının təhlili, scoring modellərinin tətbiqi və təkmilləşdirilməsi.
  • Təkliflərin fərdiləşdirilməsi üçün data əsaslı qərarların qəbulu və A/B testlərinin təşkili.
  • Marketinq komandası ilə birgə məhsulun mövqeləndirilməsi, mesajlaşma və tanıtım materiallarının hazırlanması.
  • Rəqəmsal və ənənəvi kanallarda kampaniyaların təşkili və nəticələrinin təhlili.
  • Loyallıq proqramları, lead generation və remarketing təşəbbüslərinin dəstəklənməsi.
  • Rəqiblərin məhsullarını, qiymət strategiyalarını və satış kanallarını analiz etmək.
  • Trendləri və müştəri gözləntilərini izləyərək məhsul üzrə təkliflərin optimallaşdırılması.
  • SWOT və BCG kimi çərçivələrlə məhsul mövqeləndirməsinin təhlili.
  • UI/UX dizayner, proqramçılar və satış komandası ilə məhsul inkişafına dair sıx əməkdaşlıq.
  • Banklar, partnyorlar və dövlət sistemləri ilə inteqrasiya tələb və texniki koordinasiyanın aparılması.

İş şərtləri:

  • İş qrafiki: 09:00 – 18:00 
  • Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
  • Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
  • Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74 

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Məhsul Meneceri/Sahibi” qeyd etməklə göndərə bilərlər.

  • Daily7
  • Weekly502
  • Monthly17