Qala Həyat Sığorta Şirkəti Qala Həyat Sığorta Şirkəti
  • 302

Qala Həyat Sığorta Şirkəti

Sığorta

Məhsulun təşviqi üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhsulun təşviqi üzrə menecer

  • Deadline 28 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Məhsulun təşviqi üzrə menecer” tələb olunur:

Namizədə olan tələblər:

  • Təhsil: Ali. 
  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
  • Səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 3 il təcrübə və Satış sahəsində iş təcrübəsi.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətdə biznesin inkişafı fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi;
  • Şirkətin biznes inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
  • Şirkətin uğurlu imicinin yaradılması;
  • Biznes proseslərinin təkmilləşdirilməsi;
  • Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
  • Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
  • Yeni məhsulların yaradılması, inkişafı və onların təşviq metodlarının seçilməsi;
  • Marketinq planının hazırlanması və koordinasiyası;
  • Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi;
  • Marketinq xərclərinin optimallaşdırılması;
  • Məhsulların satılması üçün tədbirlərin görülməsi;
  • Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması;
  • Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət;
  • Mediayada reklamın yerləşdirilməsi;
  • Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi;
  • İstehlak tələbinin araşdırılması üçün müştəri sorğu vərəqəsinin hazırlanması;
  • Müştərilərin şirkətə bağlılığını artırmaq üçün promo hədiyyələrin seçilməsi və sifarişi;
  • Müştərilərlə əlaqələrin qurulması;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövrü hesabatların hazırlanması və təhlili;
  • Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

İş şərtləri:

  • İş qrafiki: 09:00 – 18:00 
  • Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
  • Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
  • Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74 

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına mövzuda “Məhsulun təşviqi üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

  • Daily7
  • Weekly502
  • Monthly17