Qala Həyat Sığorta Şirkəti Qala Həyat Sığorta Şirkəti
  • 399

Qala Həyat Sığorta Şirkəti

Insurance

Mütəxəssis – hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mütəxəssis – hüquqşünas

  • Deadline 1 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə Hüquq və kadrlar departamentinə “Mütəxəssis – hüquqşünas” tələb olunur:

Karyeraya başlamaq üçün, xanımlar və bəylər dəvət olunur.

Namizədə olan tələblər:

  • Təhsil: Ali. (Hüquqşünaslıq üzrə) 
  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
  • Səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi: müvafiq vəzifə üzrə minimum 2-3 il təcrübə (hüquq sahəsi üzrə).

Bilməlidir:

  • Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun; Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sahə ilə əlaqəli qərarları; Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarını və sığorta sahəsinə dair digər qanunvericilik aktlarını.

Əsas vəzifə öhdəlikləri:

  • Hüquqi məsələlərlə bağlı şirkətin adından məktubları hazırlamaq, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
  • Dövlət orqanlarından və vətəndaşlar tərəfindən daxil  olan rəsmi müraciətlərə qanunla müəyyən olunmuş qaydada cavab hazırlamaq;
  • Hüquqi məsələlərin həllində, normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak etmək;
  • Şirkət fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  • Müqavilələrin hüquqi ekspertizasını keçirmək;
  • Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını keçirmək;
  • İddiaçı, cavabdeh və digər şəxs qismində Cəmiyyəti məhkəmələrdə təmsil etmək;
  • Sığorta hadisəsini araşdırmaq üçün müəyyən olunmuş qaydada sənədləri toplamaq və araşdırma aparmaq; Sığorta aktını tərtib etmək və sığorta ödənişinin həyata keçirilməsini təmin etmək; sığorta ödənişdən imtina məktubunu hazırlamaq.

İş şərtləri: İş qrafiki: 09:00 – 18:00 

Əmək haqqı:  Aylıq: Razılaşdırmaqla.

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
  • Əlaqə vasitələri: www.qala.az ; (012) 404 77 74 

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Mütəxəssis – hüquqşünas” qeyd etməklə göndərə bilərlər.

  • Daily13
  • Weekly241
  • Monthly262