Risklərin İdarə edilməsi şöbəsinə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin İdarə edilməsi şöbəsinə mütəxəssis

  • Deadline 8 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Təhsil: Ali (İqtisadiyyat və ya maliyyə sahəsi üzrə) 
  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
  • Səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 2 il təcrübə (risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə) 

Əsas vəzifə öhdəlikləri:

  • Risklərin idarə edilməsi sisteminin effektiv şəkildə işləməsi məqsədilə Direktorlar Şurasına, İdarə Heyətinə və digər nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə zəruri köməklik göstərmək;
  • Sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
  • Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq;
  • Riskin ölçülməsi modellərinin dizaynı, seçilməsi, tətbiqi və ilkin təsdiqi prosesində iştirak etmək, müvafiq modelləri mütəmadi olaraq nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək;
  • Sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
  • Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
  • Riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
  • Hər bir struktur bölmə üzrə yarana biləcək riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq;

İş şərtləri:

  • İş qrafiki: 09:00 – 18:00 
  • Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
  • Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
  • Əlaqə vasitələri: +994 (12) 404 77 74 

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Risklərin İdarə edilməsi” şöbəsinə mütəxəssislər qeyd etməklə göndərə bilərlər.

  • Daily0
  • Weekly373
  • Monthly1118