Subroqasiya şöbəsinin hüquqşünası

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Subroqasiya şöbəsinin hüquqşünası

  • Deadline 3 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: “Qala Sığorta” ASC

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Hüquq üzrə ali təhsil;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, ingilis və rus dili biliyi üstünlükdür; 
  • Sığorta sahəsində, xüsusilə də subroqasiya sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur;
  • MS Office proqramlarında işləmək bacarığı; 
  • Ofis proqramları üzrə biliklər;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı.

Vəzi̇fə və öhdəli̇klər:

  • Cəmiyyət üzrə yaranmış subroqasiya tələbləri üzrə işlərin aparılması; bu məqsədlə subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi, qeydiyyatının aparılması, mövcud sistemə işlənməsi, məhkəməyə qədər həll proseduru üzrə tələb irəli sürülən şəxslərlə müvafiq danışıqların aparılması, subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının, sorğuların və s. hazırlanması, aidiyyəti üzrə göndərilməsi;
  • Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, sənədlərin toplanması, məhkəməyə müraciət edilməsi və məhkəmə proseslərində iştirak;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Cəmiyyətin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak edilməsi;
  • Məlumatın yayılması təhlükəsizliyinin qorunması zərurəti ilə əlaqədar fəaliyyəti dövründə əldə etdiyi məlumatların Şirkətdən xaricə çıxarılmamasının təmin olunması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində departament və şöbə  müdirinin göstərişlərinin yerinə yetirilməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

  • Daily10
  • Weekly420
  • Monthly2167