Tələb edilən bilik, bacarıq və təcrübə:
- Tibb üzrə ali təhsil (müalicə işi ixtisası üzrə ali təhsilə üstünlük verilir);
- Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq bacarığı, ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- İş təcrübəsi arzuolunandı;
- Ofis proqramları üzrə biliklər;
- Vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Vəzi̇fə və öhdəli̇klər:
- Sığortalıların zənglərini cavablandırmaq, onları maraqlandıran suallara cavab vermək və məsləhət vermək;
- Sığortalıların şikayətini dinləmək, onların müvafiq tibbi müəssisəsinə və mütəxəssisə yönləndirilməsi barədə qərar vermək;
- Sığorta hadisəsi barədə məlumat alındıqdan (sığortalının müraciəti) dərhal sonra sığortalının müvafiq tibb müəssisəsinə göndərilməsini təmin etmək;
- Müraciət barədə məlumatı müvafiq qeydiyyat bazasına daxil etmək;
- Sığortalının xidmətdən məmnuniyyətini öyrənmək üçün sığortalı ilə daimi əlaqəni həyata keçirmək;
- Tibb müəssisələrinin koordinatorları ilə əlaqə yaradaraq müalicənin gedişatına və göstərilən xidmətlərə nəzarət etmək;
- Klinikadan daxil olan reyestrləri müvafiq məlumat bazasına işləmək;
- Daxili proqram təminatının məlumatlar bazasında olan məlumatlar əsasında hesabatlar hazırlamaq;
- Tibbi yardımın təşkli şöbəsinin gündəlik işlərinin aparılmasında iştirak etmək;
Əmək şəraitinin şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15 dekabr 2024-cü il tarixinədək elektron poçt ünvanına email-in mövzu hissəsində “Tibbi yardımın təşkili şöbəsinin dispetçeri” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.