Senior Mühasib

  • Deadline 18 June 2026

 

Komandamızın genişlənməsi ilə əlaqədar olaraq Senior Mühasib vəzifəsi üzrə işə qəbul elan edirik!

Əgər siz mühasibatlıq sahəsində bilik və təcrübənizi inkişaf etdirmək, sabit və peşəkar iş mühitində çalışmaq, məsuliyyətli və dinamik komandanın bir parçası olmaq istəyirsinizsə, QALAN sizin üçün doğru fürsət ola bilər.

QALAN — Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Rusiyada və ərəb ölkələrində tanınan müasir onlayn təhsil platformasıdır. Riyaziyyat sahəsində təhsil verərək 60,000-dən çox şagirdə xidmət göstərmişik. Missiyamız — şagirdlərə daim inkişaf edən təhsil imkanları təqdim edərək onların uğuruna dəstək olmaqdır.

Biz böyüyən komandamızda maliyyə və mühasibat proseslərinin düzgün, şəffaf və sistemli şəkildə aparılmasına nəzarət edəcək təcrübəli və məsuliyyətli Senior Mühasib axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditor hesablaşmalarına nəzarət etmək;
  • Elektron qaimə-faktura, vergi portalı, elektron hökumət və digər rəsmi portallarla işləmək;
  • 1C Mühasibatlıq proqramında uçotun düzgün və fasiləsiz aparılmasını təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən edilmiş müddətlərdə arxivləşdirilməsini təşkil etmək;
  • Statistika hesabatlarını hazırlamaq və müvafiq qurumlara vaxtında təqdim etmək;
  • Bank hesabları üzrə ödənişləri həyata keçirmək;
  • Elektron vergi hesab-faktura, qaimə-faktura və hesab-fakturaların işlənməsini təmin etmək;
  • Əmək müqavilələrinin hazırlanması, əmrlərin rəsmiləşdirilməsi və xitam sənədləşməsinin aparılması;
  • İlkin kadr sənədləşməsinin hazırlanması və düzgün qaydada saxlanılmasına nəzarət etmək;
  • Əmək haqqı hesablanması prosesində iştirak etmək;
  • Şirkətdaxili maliyyə və mühasibat proseslərinin düzgün icrasına nəzarət etmək.

Tələblər:

  • Ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office, xüsusilə Excel proqramında yaxşı işləmə bacarığı;
  • 1C proqramında işləmə təcrübəsi;
  • Mühasibatlıq, vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • Elektron qaimə-faktura, vergi portalı, elektron hökumət və digər rəsmi portallarla işləmə bacarığı;
  • Əmək haqqı hesablanması, əmək müqaviləsi, əmr və xitam sənədləri ilə işləmə bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 1000-1500 AZN;
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir;
  • Gələcəkdə nəticələrə əsasən əmək haqqı artımı nəzərdə tutulur;

İş yeri: AF City;

  • Rəsmi işə qəbul;
  • Təhsil sahəsində inkişaf edən və peşəkar komandada işləmək imkanı.

 

  • Daily145
  • Weekly305
  • Monthly1689