ƏMƏLİYYAT MENECERİ

  • Deadline 9 November 2026

Şirkət: " QARANT KREDİT LOMBARD" MMC

 

Lombard şirkətimizə əməliyyat proseslərinin idarə olunması və nəzarətin təmin edilməsi üçün təcrübəli Əməliyyat meneceri axtarırıq.

📍 İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti

💰 Əməkhaqqı: 1 000–1 500 AZN

👤 Yaş aralığı: 25–35 yaş

🎓 Təhsil: Ali təhsil (iqtisadiyyat və maliyyə ixtisasları üzrə olması üstünlükdür)

💼 İş təcrübəsi: Lombard, bank və ya maliyyə sektorunda iş təcrübəsi

💻 Proqram bilikləri: Progress proqramında iş təcrübəsi olması mütləqdir (5 il )

 

Əsas vəzifə öhdəlikləri

  • Lombardın gündəlik əməliyyat fəaliyyətinin idarə olunması və nəzarətdə saxlanılması;
  • Girov və kredit əməliyyatlarının düzgün aparılmasının təmin edilməsi;
  • Progress proqramında əməliyyatların düzgün icrasına və məlumatların dəqiqliyinə nəzarət;
  • Əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Daxili prosedur və qaydalara riayət olunmasının təmin edilməsi;
  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması;
  • İş proseslərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması;
  • Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət.

Namizədə tələblər

  • Ali təhsil; iqtisadiyyat və maliyyə sahəsində təhsil üstünlükdür;
  • Lombard, bank və ya maliyyə sektorunda iş təcrübəsi;
  • Progress proqramı ilə sərbəst işləmək bacarığı;
  • Əməliyyatların idarə olunması və nəzarət sahəsində təcrübə;
  • MS Excel və digər ofis proqramları üzrə biliklər;
  • Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyətlilik, dürüstlük və diqqətlilik;
  • Ünsiyyət və komanda idarəetmə bacarıqları.

 

İş qrafiki

  • Bazar ertəsi – Cümə: 09:00–18:00
  • Şənbə: Qısaldılmış iş günü
  • Bazar: İstirahət günü

 

Şirkət təklif edir

  • 1 000–1 500 AZN aralığında əməkhaqqı;
  • Stabil iş mühiti;
  • Peşəkar inkişaf imkanları.

Müraciət qaydası

Tələblərə uyğun namizədlər mövzu hissəsinə "ƏMƏLİYYAT MENECERİ" qeyd edərək [email protected] elektron poçt ünvanına CV-lərini təqdim edə və ya müraciət et düyməsindən birbaşa müraciət edə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842