İşəgötürən: Qartal Tikinti Firması
İş yeri: Sumqayıt şəhəri, Novxanı Bağ massivi
Əmək haqqı: vergilər çıxıldıqdan sonra 450 AZN
Tələblər:
- Uyğun işdə iş təcrübəsi olmalıdır.
- Xanımın yaşayış yeri mütləq Sumqayıtda olmalı, yaşı 35 yaşdan yuxarı olmamalıdır.
- Seçilmiş namizəd öncə sınaq müddətinə işə cəlb olunacaq, uyğun olduğu təqdirdə daimi işə götürüləcək;
- Müraciətlər yalnız 30 iyun 2026-cı il tarxinə qədər göndərilə bilər. Bu tarixdən sonra göndərilən müraciətlərə baxılmayacaq.
İş haqqında məlumat:
- İş vaxtı saat səhər 8:30-dan 13:00-dəkdir. Bazar günü istirahət günüdür.
- İki nəfərin yaşadığı evdə istifadə olunan otaqların təmizlənməsi, çirkli qabların yuyulması, çirkli paltarların paltaryuyan maşınla yuyulub qurudulması və ütülənib yerinə asılması
- 18 sot ərazisi olan bağın daroşkaların, besetkasının və hovuz kənarının gündəlik təmizlənməsi
- Toyuq hininin təmizlənməsi, toyuqlara dən verilməsi.
- Təmizlikçidən yemək bişirmək tələb olunmur. Yemək bağa hazır gəlir.
- Bağban işi ağacları sulamaq təmizlikçiyə aid deyil. Bağda bağban var və bu işləri bağban görür.
İşçi üçün şərait:
- İş günləri 6 günlük iş həftəsi, saat 08:30-13:00 qədər təyin edilir. Bazar günü istirahət günüdür.
- İşçini bağa səhər firmanın maşını aparır, günorta isə işçi özü avtobusla (18 nömrəli marşrutla) geri qayıdır;
Əlaqə vasitələri:
- Namizədlərin CV-lərini Müraciət et düymsəində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Bağ evi üçün təmizlikçi xanım” yazmaqla göndərmələri xahiş olunur.
- Əlaqələndirici şəxs: Sehran Əhmədova, əlaqə: 050 238 20 55
Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011