Q Qartal Tikinti Firması
  • 101

Montajçı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Montajçı

  • Истекает 27 октябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək haqqı: Minimum 800 AZN (namizedin bacarıqlarına göre əmək haqqında artım razılaşdırıla bilər)

Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə 

Tələblər:

  • Müxtəlif metal konstruksiyadan olan qurğularda montaj və demontaj işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
  • Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
  • İşləri  təhlükəsiz  yerinə  yetirmək  üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə  etməyi  bacarmalı, İş Proseduru  və Riski Dəyərləndirməni  başa  düşməli  və  tələbləri  həyata  keçirməlidir. 
  • Kəsici alətlər: rezak, laqonda işlədə bilməli;
  • Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmaq;
  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;

İş haqqında məlumat:

  • Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək; 
  • Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır;
  • Sifarişçinin  obyektlərində  əvvəlcədən hazırlanmış  metal  konstruksiyaları sxemə  uyğun  quraşdıracaqdır.

İş şəraiti:

  • İş saatı 08:00-18:00-dək;
  • İstirahət günü - Bazar günləri; Bu normadan  əlavə  iş saatlarının  dəyəri  ödəniləcəkdir.
  • İş yerinə  və  geriyə  daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə  yerinə  yetiriləcəkdir.
  • İşlədiyi  yerdə firma  tərəfindən  naharla  təmin ediləcəkdir;
  • İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının metal konstruksiya sexi.

Əlaqə vasitələri:

CV-nizi qeyd edilmiş email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin.

Əlaqə telefonu: +994 10 265 70 35 (Ancaq iş saatlarında zəng edin)       

Əlaqələndirici şəxs: Əli Məmmədov

  • Daily153
  • Weekly670
  • Monthly2514