İş şəraiti:
- Əmək haqqı: 700 – 1000 AZN
- İş yeri: Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospekti 278, Qartal Tikinti Firmasının Baş ofisi
- Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
- İş saatları – həftənin 5 günü 09:00 – 18:00 aralığındadır.
- Əlavə iş saatları saatın dəyərinə müvafiq olaraq ödəniləcəkdir. Az işlədiyi saatların dəyəri əmək haqqından çıxılacaqdır.
Smeta mühəndisinə olan tələblər:
- Ali təhsilli, inşaatçı mühəndisə üstünlük veriləcəkdir.
- Tender təkliflərinin hazirlanması üzrə məsul şəxs vəzifəsini icra edəcək. Elan edilmiş və Qartal Tikinti Firmasının iştirak etdiyi tender təklifindəki iş və material qiymətlərini bazar qiymətləri ilə hazırlamalıdır.
- İşçi layihəyə uyğun işlərin və materialların qiymət cədvəlini, vahidin qiymətini və dəyərini göstərməklə tərtib etməlidir.
- Təmir ediləcək və ya tikiləcək kiçik obyektlərin layihəsi olmasa belə bazar qiymətləri ilə işlərin və materialların qiymət cədvəlini, vahidin qiymətini və dəyərini göstərməklə tərtib etməlidir.
- İşlərin sifarişçiyə təhvil-təslim aktlarını sənədləşdirməyi bacarmalıdır.
- Elan edilmiş və Qartal Tikinti Firmasının iştirak etdiyi tender təklifindəki iş və material qiymətlərini bazar qiymətləri ilə hazırlamalıdır.
- Qiymət və tender təkliflərinin vaxtında hazırlanması üçün təchizatçı və sahə rəisləri ilə birlikdə sənədləri gecikdirmədən hazırlamalıdır.
- İddiaçının yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini Müraciət Et butonunda yerləşən e-mail adresinə, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərmələri xahiş olunur. Yalnız CV-ləri uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.
Əlaqələndirici şəxs: Əhmədova Sehran
Telefon: +994 50 283 00 69