Qaya Safety Solutions Qaya Safety Solutions
  • 218

Qaya Safety Solutions

Təhlükəsizlik xidmətləri

Feldşer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Feldşer

  • Deadline 4 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri  Cəbrayılda mövcud olan “Feldşer” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əmək haqqı sınaq müddətində 1000 AZN nett.

İş barədə məlumat

  • İşçi personalına ilkin tibbi yardım göstərmək; 
  • İş öncəsi bütün işçilərin təzyiq və hərarətini ölçmək;
  • Yeni qəbul edilən işçilərin sağlamlıq arayışını yoxlamaq;
  • Hər bir sahədə baş verən qəzaları qeydiyyata almaq;
  • Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin tibbi yardım göstərmək, gələcəkdə qarşısının alınması üzrə təkliflər vermək;
  • İlk tibbi yardımdan sonra xəstəni xəstəxanaya göndərmək və ya ehtiyac olan zaman müşayiət etmək;
  • Gündəlik müraciət edən işçiləri dərmanlarla təmin etmək və jurnalda qeydiyyat aparmaq;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinə nəzarət etmək;
  • Əmək intizamına və müəssisədaxili qaydalara riayət etmək;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.

Əmək şəraiti:

  • İş yeri: Cəbrayıl rayonu;
  • İş qrafiki 5 günlük; 
  • Servis, nahar və qalmaq üçün şərait təmin edilir;
  • Tibbi Sığorta;
  • Sahə şəraitində işləmə imkanı.

Namizədə tələblər:

  • Orta tibbi ixtisas və ya ali təhsil və tibbi sertifikatlara malik olmalıdır;
  • Müvafiq vəzifədə iş təcrübəsi: hərbi sahədə: minimum 3 il, mülki sahədə: 3–5 il
  • Ünsiyyətcil və komanda ilə çalışma bacarığı olmalıdır
  • Hərbi feldşer olması üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində "Feldşer" yazmağınız xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

  • Daily100
  • Weekly100
  • Monthly1396