Q Qaya Safety Solutions
  • 1.1K

Qaya Safety Solutions

Təhlükəsizlik xidmətləri

Sənədləşmə üzrə mütəxəssis (Təchizat şöbəsinə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sənədləşmə üzrə mütəxəssis (Təchizat şöbəsinə)

  • Истекает 29 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri mövcud olan “Sənədləşmə üzrə mütəxəssis (Təchizat şöbəsi)” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əmək haqqı 600-700AZN net (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).

İş barədə məlumat:

  • Satınalma üzrə müvafiq sənədlərin doğru qaydada, sistemli arxivləşdirilməsi
  • Satınalma şöbəsinə aid məktubların hazırlanması, qeydiyyatı
  • Satınalma işlərinə aid təhvil-təslim aktlarının hazırlanması
  • Satınalma sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işinin aparılması
  • Dəftərxana və təsərrüfat mallarının şöbələr üzrə sifarişlərinin toplanması və seçilmiş təchizatçılara yönəldilməsi
  • 1C proqramda şöbəyə yönəldilən və təchizatçılara edilən sifarişlərin reyestrdə qeydiyyatının aparılması
  • Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərinin qəbul edilməsi, yoxlanması və maliyyə şöbəsinə təqdim edilməsi
  • Standart alqı-satqı müqavilələrinin hazırlanması
  • Təchizatçıların ilkin olaraq dəyərləndirilməsi və onların fəaliyyətinin vaxtaşırı qiymətləndirilməsi
  • Satınalma şöbəsinə aid digər kiçik işlərin görülməsi

Namizədə tələblər:

  • İqtisadiyyat, Təchizat, Maliyyə üzrə ali təhsil ;
  • Yeni məzun olmuş şəxslərə üstünlük veriləcəkdir;
  • Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı;
  • İngilis dili biliyi (B1;B2), Rus dili biliyi üstünlükdür;
  • Araşdırma, analiz və təhlil bacarığı;
  • Satınalma üzrə ümumi anlayış və biliklər;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
  • Prosesi idarəetmə bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki 5 günlük;
  • Gənc və peşəkar kollektivdə çalışmaq və təcrübə qazanmaq imkanı;
  • Tibbi Sığorta;
  • Şirkət tərəfindən nahar;
  • Karyera irəliləyişlərində yaradılan şərait.

Elektron poçtun “Mövzu” yerinə “Sənədləşmə üzrə mütəxəssis (Təchizat şöbəsinə)” qeyd etməklə öz CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

  • Daily36
  • Weekly374
  • Monthly2012