Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- İstehsal sahəsində minimum 3 il iş təcrübəsi
- Rus dili biliyi (yaxşı səviyyədə)
- PMS sertifikatının olması mütləqdir
- 1C, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər
- Analitik düşünmə və hesabat hazırlama bacarığı
Vəzifə öhdəlikləri:
- Maliyyə və mühasibat uçotunun düzgün aparılmasına nəzarət
- Vergi, DSMF və digər rəsmi hesabatların hazırlanması
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Debitor və kreditor borclarının idarə olunması və izlənməsi
- Daxili nəzarət və audit proseslərində iştirak
- Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi
- İstehsal əməliyyatlarının uçotunun aparılmasına nəzarət
- Xammal və hazır məhsul hərəkətlərinin izlənməsi
- İstehsal maya dəyərinin hesablanması və analiz edilməsi
- Anbar qalığı və inventarizasiya proseslərində iştirak
- İstehsal xərclərinin düzgün bölgüsünə nəzarət
- Baş mühasibin tapşırıqlarının icrası və ona dəstək
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- Ünvan: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Baş Mühasibin müavini” yazaraq göndərmələri xahiş olunur.