Kolbasa istehsalı üzrə usta və operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kolbasa istehsalı üzrə usta və operator

  • Deadline 20 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qaymaq Premium yeni istehsalat istiqamətinin genişləndirilməsi və peşəkar komandanın formalaşdırılması çərçivəsində kolbasa istehsalı sahəsində təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Kolbasa və ət məhsullarının istehsal prosesində iştirak etmək;
  • Ət xammalının ilkin emalı, çeşidlənməsi və hazırlanmasını həyata keçirmək;
  • Qiymənin hazırlanması, qarışdırılması və emalı proseslərini bilmək;
  • Kolbasa kütləsinin doldurulması və klipslənməsi proseslərini həyata keçirmək;
  • Bişirmə, hisəvermə, soyutma və digər texnoloji mərhələlərdə iştirak etmək;
  • İstehsalat avadanlıqlarının düzgün istismarını təmin etmək;
  • Məhsulun keyfiyyətinə və texnoloji tələblərə uyğunluğuna nəzarət etmək;
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək.

Namizədlərə tələblər:

  • Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsinin olması;
  • Kolbasa istehsalının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlara malik olmaq;
  • İstehsalat avadanlıqları ilə işləmək təcrübəsi;
  • Müxtəlif növ kolbasa məhsullarının hazırlanması üzrə təcrübə;
  • Azərbaycan və Rus dilini bilmək;
  • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri Binəqədi yolu 100
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir;
  • Rəsmi əmək müqaviləsi.
  • Nahar şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 0552531364

  • Daily6
  • Weekly543
  • Monthly1471