Vəzifə öhdəlikləri:
· Günlük bank əməliyyatlarının (Milli və Xarici valyutada) İnternet/Mobil Bankçılıq sistemləri vasitəsilə icra olunması;
· Günlük bank çıxarışlarının (statement) əldə edilməsi, yoxlanılması və 1C (və ya digər ERP) proqramına daxil edilməsi;
· Müəssisənin kassa və bank hesabları üzrə qalıqların gündəlik izlənilməsi və tənzimlənməsi;
· Əməkhaqqı, təhtəlhesab və inzibati ödənişlərin bank vasitəsilə köçürülməsinin təmin edilməsi;
· Bank komissiyaları və digər bank xərclərinin düzgünlüyünün yoxlanılması və uçota alınması;
· ƏDV və digər dövlət ödənişlərinin (vergi, DSMF və s.) vaxtında icra olunması;
· Bank hesabı çıxarışları ilə mühasibatlıq yazılışları arasında daxili uzlaşmaların (reconciliation) aparılması;
· Bank hesablarının açılması/bağlanması və imza nümunələrinin yenilənməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
· Bank ödənişlərinə dair ilkin sənədlərin (hesab-faktura, müqavilə, akt və s.) toplanması, icra vəziyyətinin izlənilməsi və arxivləşdirilməsi.