Aparıcı mühasib

  • Deadline 13 November 2026

Vəzifə öhdəlikləri:

 

  1. Mühasib(lər), Maddi qrup mühasibi və Mühasib köməkçisi tərəfindən aparılan cari mühasibat əməliyyatlarını əlaqələndirmək, iş bölgüsünü təşkil etmək.
  2. Sahə üzrə müvafiq hesabatların (balans, mənfəət-zərər hesabatı, pul vəsaitlərinin hərəkəti) hazırlanmasını təşkil etmək və Baş mühasibə təqdim etmək.
  3. Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi və s.), DSMF və Statistika hesabatlarının layihələrini hazırlamaq və Baş mühasibə təqdim etmək.
  4. Bank və kassa əməliyyatlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək, mürəkkəb və qeyri-standart hesablaşmaları bilavasitə həyata keçirmək.
  5. Debitor və kreditor borclarının uçotuna nəzarət etmək, mübahisəli hesablaşmaların həllində iştirak etmək.
  6. Cəmiyyətin mühasibat proqramında amortizasiya və maya dəyərinin hesablanması, xərc hesablarının bağlanması daxil olmaqla, bütün dövr sonu əməliyyatlarının vaxtında və tələblərə uyğun icrasını təmin etmək, yekun göstəriciləri Baş mühasiblə təsdiqlətmək.
  7. Əsas vəsaitlərin uçotunu, hərəkətini (bölmələr arası köçürülmə, silinmə) sənədləşdirmək, amortizasiya hesablamalarını yoxlamaq.
  8. İnventarizasiya prosesinin təşkilində iştirak etmək, nəticələrin uçotda düzgün əks etdirilməsini təmin etmək.
  9. Mühasibin, Maddi qrup mühasibinin və Mühasib köməkçisinin işinə metodiki dəstək göstərmək, yeni işçilərin adaptasiyasına köməklik etmək.
  10. Baş mühasibin işdə olmadığı dövrdə onun səlahiyyətlərini əvəz etmək (əmr əsasında).
  11. Cəmiyyətdə istifadə olunan mövcud mühasibat proqram təminatında konsolidasiya edilmiş məlumatların düzgünlüyünü yoxlamaq.
  12. Rəhbərliyin (Baş mühasibin) tələbi ilə analitik arayış və hesabatlar hazırlamaq.
  13. Əməkhaqqı fondunun hesablanmasını (əmək haqqı, mükafat, iş vaxtından artıq iş, məzuniyyət ödənişləri) həyata keçirmək, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta ayırmalarının hesablanmasını təmin etmək və müvafiq hesabatları Baş mühasibə təqdim etmək.
  14. Kənar audit zamanı tələb olunan maliyyə hesabatlarının və sənədlərin vaxtında hazırlanmasını təşkil etmək, eləcə də auditorlara təqdim olunmasını təmin etmək.

 

 

  • Daily0
  • Weekly323
  • Monthly1179