R Group Holding R Group Holding
  • 319

R Group Holding

IT , Energy Equipment & Services

Şəbəkə mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şəbəkə mühəndisi

  • Истекает 15 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi rolun təsviri

Şəbəkə Mühəndisi (Mid-level) — şirkətin şəbəkə infrastrukturunun quraşdırılması, idarə olunması, təhlükəsizliyi və fasiləsiz işinin təmin edilməsinə cavabdeh olan mütəxəssisdir. Rol həm korporativ şəbəkənin stabil işləməsini, həm də müasir təhlükəsizlik texnologiyalarının tətbiqini əhatə edir.

Əsas öhdəliklər

  • Şəbəkə avadanlıqlarının (Huawei, Cisco Router, Cisco WLC & AP, Mikrotik, Fortigate və s.) quraşdırılması, konfiqurasiyası və fasiləsiz işləməsinin təmin edilməsi;
  • Layer 2 və Layer 3 şəbəkə infrastrukturunun stabil və məhsuldar qurulması və idarə olunması;
  • Fortigate platformasında SD-WAN, firewall policy-lərin yenilənməsi və təhlükəsizlik konfiqurasiyalarının həyata keçirilməsi;
  • İnternet və Data kanallarının effektiv istifadəsi və yüksək əlçatanlığının təmin edilməsi;
  • IPSec və SSL-VPN tunellərinin qurulması, uzaq istifadəçilərin qoşulmalarının idarə edilməsi və dəstək göstərilməsi;
  • Şəbəkə monitorinq sistemləri vasitəsilə nəzarət, problemlərin analizi və operativ həlli;
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi və icazəsiz girişlərin qarşısının alınması;
  • CUCM üzərindən İP telefoniyanın idarə olunması və problemlərin aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının konfiqurasiya backup-larının avtomatlaşdırılması və sənədləşdirilməsi;
  • İnfrastrukturun planlaşdırılması, inkişafı və modernləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Telekommunikasiya şəbəkəsində yaranan nasazlıqların araşdırılması və həllinə dəstək;
  • Windows Server mühitində Sistem Administratoruna dəstək (AD, DNS, DHCP və s.);
  • Struktur bölmələrdən daxil olan texniki sorğuların qarşılanması və dəstək göstərilməsi;
  • Ehtiyac yarandıqda IT avadanlıqlarının təyini, sifarişi, stoklanması və sazlanması.

Tələb olunan bilik və bacarıqlar

  • Routing, Switching, VLAN üzrə biliklər;
  • Cisco CUCM üzrə biliklər;
  • Fortigate və Mikrotik ilə işləmə bacarığı;
  • VPN texnologiyalarında təcrübə;
  • Windows Server əsas komponentləri üzrə bilik;
  • CUCM/VoIP bilikləri arzuolunandır;
  • CCNA/CCNP, NSE4 kimi sertifikatlar üstünlükdür;
  • Rus dilini bilmək vacibdir.

Müraciətlərinizi təqdim etmək üçün məktubun başlığında vakansiya adını qeyd edərək CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına təqdim edə bilərsiniz.

  • Daily80
  • Weekly285
  • Monthly1464