Vəzifə öhdəlikləri:
- Cari analizlər üçün məhlulların hazırlanması;
- Reaktivlərin saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət (müntəzəm yoxlama);
- Yararlılıq müddəti bitmiş hazırlanmış məhlulların vaxtında utilizasiya edilməsi;
- Laboratoriya qablarının keyfiyyətli şəkildə təmizlənməsi, yuyulması və qurudulması;
- Analitik tərəzilərin yoxlanılması, pH-metrin kalibrasiya edilməsi və nəticələrin avadanlıq jurnallarında qeyd edilməsi;
- Anbardan zəruri reaktivlərin, materialların və standart nümunələrin alınması üçün sifarişlərin hazırlanması;
- Reaktivlərin, köməkçi maddələrin və materialların, standart nümunələrin uçotu;
- Zəruri reaktivlərin, kimyəvi qabların və sərfiyyat materiallarının (filtrlər, xromatoqrafik kolonlar, TSH üçün plastinlər və s.) alınması üçün sifarişlərin vaxtında tərtib edilməsi;
- Reaktivlərin, köməkçi maddələrin və materialların sərfiyyatı barədə hesabatların vaxtında hazırlanması;
- Xammalın, qablaşdırma materiallarının, yarımfabrikatların və hazır məhsulun nümunələrinin götürülməsində iştirak.
Tələblər:
- İxtisas üzrə təhsil (kimya-texnoloji və ya kimya-bioloji);
- Minimum 1 il iş təcrübəsi;
- Ümumi və analitik kimyanın əsaslarını, kimyəvi laboratoriyalarda iş qaydalarını bilmək (laboratoriya qabları, turşular, qələvilər, üzvi həlledicilərlə iş zamanı ümumi tələblər);
- Azərbaycan və rus dillərini bilmək.
Iş şəraiti:
- İş yeri: Pirallahı Sənaye Parkı
- Servis xidməti mövcuddur;
- İş saatı: 09-00-dan 18-00-dək;
- İş günü: Həftənin 5 günü;
- Nahar şirkət tərəfindən ödənilir;
- Tibbi sığorta
- Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə;
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Laborant” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına müraciət etmələri xahiş olunur. Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır