Mühəndis-təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-təcrübəçi

  • Deadline 16 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Texniki sənədlərlə (texniki sənədlər, istismar təlimatları, spesifikasiyalar, prosedurlar və s.) tanış olmaq və onları öyrənmək;
  • Avadanlıqların, istehsal proseslərinin, təmiz otaqların, saxlanma sahələrinin və mühəndis sistemlərinin (hava, təmizlənmiş su, sıxılmış hava və s.) kvalifikasiya sənədlərinin hazırlanmasında şöbə əməkdaşlarına dəstək göstərmək;
  • Təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilən kvalifikasiya işlərində iştirak etmək;
  • Kvalifikasiya nəticələrinin müəssisənin daxili tələblərinə uyğun şəkildə sənədləşdirilməsində köməklik göstərmək;
  • Müəssisədə istifadə olunan ölçü vasitələri və avadanlıqlar üzrə metrologiya və kalibrasiya sistemləri ilə tanış olmaq və bu sahədə aparılan işlərdə iştirak etmək;
  • Cari tapşırıqların effektiv yerinə yetirilməsi üçün digər struktur bölmələrin əməkdaşları ilə məlumat mübadiləsində iştirak etmək.

İş barədə məlumat

  • Təcrübəsi olmayan və ya 1 ilə qədər iş təcrübəsi olan bacarıqlı gənclər üçün təcrübə proqramı təşkil olunur və iş prosesi öyrədilir.
  • Proqramın sonunda özünü məsuliyyətli və bacarıqlı tərəfdən göstərən təcrübəçilərin şirkətdə işlə təmin olunması nəzərdə tutulur.

Namizədə tələblər

  • Mühəndislik sahəsi üzrə ali təhsil;
  • Kompüter bilikləri (Microsoft Office, AutoCAD);
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • Məsuliyyətli və diqqətli olmaq.

Əlavə məlumat

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş yeri: Pirallahı Sənaye Parkı;
  • Servis xidməti mövcuddur;
  • İş saatları: 09:00-dan 18:00-dək;
  • İş günləri: Bazar ertəsi – Cümə;
  • Nahar şirkət tərəfindən ödənilir;
  • Rabitə xidməti ilə təmin olunur;
  • Tibbi sığorta;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə aparılır.

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində vakansiyanın adını – “Mühəndis-təcrübəçi” yazmaqla CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily70
  • Weekly314
  • Monthly1444