Su hazırlanması üzrə mühəndis

  • Deadline 4 Dekabr 2026

Vəzifə öhdəlikləri:

  • Mütəmadi olaraq su hazırlığı sistemlərin avadanlıqlarının və mexanizmlərinin təmirini həyata keçirmək.
  • Su hazırlığı sahəsinin avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işləməsini təmin etmək, avadanlıqları işlək vəziyyətdə saxlamaq.
  • Su hazırlığı sistemi avadanlıqlarının sazlanması, sınaqları, təcrübə istismarı və mərhələli şəkildə istismara verilməsi işlərində iştirak etmək.
  • Sənədləri tərtibat qaydalarına uyğun doldurmaq.
  • Avadanlığın sazlanması, işlək vəziyyətinin təmin edilməsi, həmçinin su hazırlığı sahəsinin əsas və köməkçi avadanlıqlarının uzunmüddətli qəzasız istismarı üçün lazımi texniki vəziyyətdə saxlanılması işlərini yerinə yetirmək.
  • Təmizlənmiş suyun alınması, saxlanması və paylanması, sisteminin sanasiyasını təşkil etmək və həyata keçirmək.
  • Normativ sənədlərə uyğun olaraq avadanlığın profilaktik baxışını, yağlanmasını və ayrı-ayrı sistemlərin hermetikliyinin yoxlanmasını aparmaq.
  • Təlimatların layihələrini və digər texniki sənədləri (çertyojlar, spesifikasiyalar, texniki şərtlər və s.) vaxtında hazırlamaq.
  • Su hazırlığı sistemi avadanlıqlarının layihələndirilməsi üçün texniki tapşırığın hazırlanmasında iştirak etmək, texniki və işçi layihələrin hazırlanmasına dair zəruri məlumatları vaxtında təqdim etmək.
  • Avadanlıqların servis xidmətləri üzrə müqavilələr üçün texniki tapşırıqları vaxtında hazırlamaq.
  • Su hazırlığı sistemi avadanlıqları üzrə ehtiyat hissələrinin qalıqları barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.

Şərtlər və tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Müvafiq vəzifədə ən az 3 il iş təcrübəsi olmalı
  • Azərbaycan və rus dillərini bilməli, ingilis dili arzu olunandır;
  • Məsuliyyətli, dürüst, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • AutoCAD və MS office proqramlarını əla səviyyədə bilməli;

Iş şəraiti

  • İş yeri: Pirallahı Sənaye Parkı
  • Servis xidməti mövcuddur;
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş günü: Həftənin 5 günü;
  • Nahar şirkət tərəfindən ödənilir;
  • Tibbi sığorta
  • Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

adəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily59
  • Weekly426
  • Monthly427