Namizəd üçün tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Turizm və ya aviasiya sahəsində iş təcrübəsi azı 1 il
- Rezervasiya sistemlərində işləmək bacarığı
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili üstünlükdür
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlülük
- Dəqiqlik və məsuliyyətlilik
- Komandada işləmə bacarığı.
Vəzifələr:
- Müştərilərə aviabiletlərin bronlaşdırılması və satışı üzrə xidmət göstərmək
- Beynəlxalq rezervasiya sistemlərində işləmək
- Uçuş cədvəlləri, qiymətlər və marşrutlar barədə məlumat təqdim etmək
- Mövcud kampaniya və endirimlər barədə müştəriləri məlumatlandırmaq
- Bron edilmiş biletlərin dəyişdirilməsi və ya ləğvi prosedurlarını həyata keçirmək
- Müştəri sorğularını operativ cavablandırmaq və şikayətləri həll etmək
- Xarici və yerli tərəfdaşlarla münasibətlərin qurulması və iş yazışmalarının aparılması
- Viza anketlərin doldurulması
- Satışlarla bağlı gündəlik hesabatların hazırlanması
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- Əmək haqqı: 700-1000 manat fiks + satışlardan bonuslar
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Satış üzrə menecer (Turizm)” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.