Vakansiya haqqında məlumat:
- Departament: İnformasiya Texnologiyaları Departamenti
- İş yeri: Bakı, Çinar Plaza
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
- Cinsi: Kişi/Hərbi xidmət keçmiş;
- Dil bilikləri: Azərbaycan səlis, İngilis, Rus dili orta;
- Kompüter bilikləri: MS Word, MS Excel, 1 C ilə işləmə bacarığı;
- Sahə üzrə müəyyən biliklərə sahib olması;
- İş təcrübəsi: Anbar, logistika sahəsi üzrə 3 il iş təcrübəsi;
- Yaş: 28+50
- Məsuliyyətli, Detallara diqqət;
- Güclü problem həll etmə və analitik düşünmə bacarığı;
- Təqdim, təhlil etmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Məxfilik prinsiplərinin qorunması;
Vəzifə öhdəlikləri:
- Mal Materialların/Məhsulların saxlama rejimlərinə/qaydalarına, mədaxil və məxaric sənədlərinin uçotu və çatdırılması qaydalarına riayət edilməsi;
- Malların aidiyyati üzrə daşımalarının təmin olunması, marşrutların təyin olunması, izlənməsi;
- Logistika şirkətləri ilə kontaktların yaradılması, müqavilələrin bağlanması;
- Malların qəbulu, göndərilməsi və onun uçotu;
- İnventarlaşdırmada iştirak;
- Aidiyyati danışıqların aparılması;
- Müştəri sifarişlərinin çatdırılmasını əlaqələndirmək (şərtləri yoxlamaq, müştərilərə zəng etmək, sənədləri tərtib etmək);
- Əmrin icra müddətlərinə riayət olunmasına nəzarət etmək;
- Anbarlar arasında malların qrafikə uyğun hərəkətinə nəzarət etmək;
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və danışıq limiti.
Əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.