Vakansiya haqqında məlumat:
- Departament: İnformasiya Texnologiyaları Departamenti
- İş yeri: Bakı, Çinar Plaza
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və s.);
- Hərbi xidmət keçmiş;
- Dil bilikləri: Azərbaycan, İngilis dilində səlis yazı və danışıq bacarığı;
- Kompüter bilikləri: MS Office, AutoCAD proqramında işləmək bacarığı, Visio və MS Project biliyi arzuolunandır;
- Şəbəkə ilə bağlı biliklər: – VLAN, Switching Strukturlaşdırılmış kabel sistemlərini və standartları yüksək səviyyədə bilmək; IP, CCTV, Access Control, SKS layihələndirilməsini və şəbəkə infrastrukturunu bilmək;
- İş təcrübəsi: İKT sahəsində azı 3 il, zəif axın sistemləri ilə azı 3 il iş təcrübəsi;
- Yaş: 22+
- Məsuliyyətli, Detallara diqqət;
- Güclü problem həll etmə və analitik düşünmə bacarığı;
- Təqdim, təhlil etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Məxfilik prinsiplərinin qorunması;
Vəzifə öhdəlikləri:
- Zəif axın sistemləri (CCTV, SKS, Access Control System, TV system, İnternet xidməti) ilə bağlı texniki tapşırıqların hazırlanması;
- Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqların hazırlanması;
- Layihələrin Zəif axın sistemləri hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması;
- Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlil edilməsi;
- Layihə şirkətinin təqdim etdiyi zəif axın sistemləri üzrə layihələrin Zəif axın hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanması və aşkar olunan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi;
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi;
Layihələrin Zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması; - Zəif axın işlərinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak edilməsi;
- İş qrafikinin və standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması;
- Rəhbərliyə və komandaya layihədəki yeniliklərlə bağlı daimi məlumat verilməsi;
- Layihə bitdikdən sonra yekun hesabatın hazırlanması;
- Layihə üzrə mobilizasiya ofislərinin Zəif axın xidmətlərilə təmin olunması və texniki dəstəyin göstərilməsi;
- Zəif axın sistemlərinə cəlb olunan yeni əməkdaşların peşəkar inkişafına dəstək olunması;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və danışıq limiti.
Əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Zəif axıntı üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.