RAHAT Supermarketlər şəbəkəsi RAHAT Supermarketlər şəbəkəsi
  • 277

Hüquqşünas / Aparıcı Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünas / Aparıcı Hüquqşünas

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rahat Supermarketlər şəbəkəsi Hüquqşünas/Aparıcı Hüquqşünas vəzifələri üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • Müxtəlif növ müqavilələrin hazırlanması və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi.
  • Beynəlxalq sazişlər və müqavilələr də daxil olmaqla, bütün növ əməliyyatların hüquqi ekspertizasının aparılması və müvafiq hüquqi rəylərin hazırlanması.
  • İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması prosesinin həyata keçirilməsi.
  • Hüquqi şəxslərin təsis sənədlərinə dəyişikliklərin edilməsi, habelə dövlət qeydiyyatına alınmış məlumatlarda sonrakı dəyişikliklərin qeydiyyatının təmin edilməsi.
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya və icazələrin alınması üçün zəruri sənədlərin hazırlanması, toplanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi.
  • Bütün struktur bölmələrə, o cümlədən əlaqəli şirkətlərə hüquqi yardımın göstərilməsi, onların sorğuları üzrə hüquqi rəylərin və izahatların hazırlanması.
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların düzgün tətbiqinə nəzarət prosesində iştirak edilməsi.
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların aparılması.
  • Hüquqi məsələlərlə bağlı məktublara, müraciətlərə və şikayətlərə vaxtında cavabların hazırlanması.
  • Şirkət daxilində müqavilələrin reyestrinin aparılması və yeni sənədlərin gündəlik olaraq reyestrə daxil edilməsi.

Namizədə dair tələblər

  • Cins: Bəy və Xanım namizədlər
  • Təhsil: Hüquqşünaslıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi.
  • İş təcrübəsi və digər bacarıqlar: Hüquq sahəsində, üstünlük olaraq hüquq şirkətində və ya korporativ şirkətlərin hüquq departamentində 1–3 il iş təcrübəsi.
  • Hüquqi biliklər: Azərbaycan Respublikasının mülki, kommersiya, əmək və inzibati qanunvericiliyi üzrə biliklər.
  • Analitik bacarıqlar: Mürəkkəb hüquqi məsələləri təhlil etmək və aydın, praktik hüquqi məsləhətlər vermək bacarığı.
  • Ünsiyyət bacarıqları: Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

İş qrafiki: 5 günlük iş həftəsi

İş yeri: Rahat Supermarketlər şəbəkəsi 

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily125
  • Weekly566
  • Monthly1414