RAHAT Supermarketlər şəbəkəsi RAHAT Supermarketlər şəbəkəsi
  • 176

Kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rahat Supermarketlər şəbəkəsi Kassir vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Alıcılara fasiləsiz, operativ və keyfiyyətli kassa xidməti göstərmək.
  • Müştərilər və iş yoldaşları ilə nəzakətli, mehriban və gülərüz ünsiyyət qurmaq, şirkətin müştəri xidməti standartlarına riayət etmək.
  • Kassa xidməti zamanı müştərilər üçün rahat və əlverişli şərait yaratmaq, növbələrin yaranmasının qarşısını almaq üçün operativ tədbirlər görmək.
  • Kassa əməliyyatlarını müəyyən edilmiş qayda və prosedurlara uyğun, dəqiq və düzgün həyata keçirmək.
  • Alıcılar tərəfindən ödənilən pul vəsaitlərinin nəzarət-kassa aparatında düzgün əks etdirilməsini və ödənişlərin müəyyən edilmiş qaydada qəbul edilməsini təmin etmək.
  • Nəzarət-kassa aparatında əks olunan ödəniləcək məbləği müştəriyə aydın şəkildə bildirmək və nağd, bank kartı və digər təsdiq edilmiş ödəniş vasitələri ilə ödənişləri qəbul etmək.
  • Nağd ödəniş zamanı müştəriyə qaytarılmalı pul qalığını düzgün hesablamaq və kassa çeki ilə birlikdə sayaraq müştəriyə təqdim etmək.
  • Kassa çeki və pul qalığı təqdim edildikdən sonra məhsulların paketlərə düzgün və səliqəli şəkildə yerləşdirilərək müştəriyə təhvil verilməsini təmin etmək.
  • Müştərilərin qarşılanması və yola salınması zamanı şirkətin müştəri xidməti standartlarına uyğun ünsiyyət formalarından istifadə etmək.
  • Kassaya yaxın ərazidə yerləşən və kassirə təhkim edilmiş malların səliqəli düzülüşünə, qiymət etiketlərinə və son istifadə tarixlərinə nəzarət etmək, müəyyən edilmiş qaydada inventarizasiyasını aparmaq.
  • Kassa növbəsinin sonunda kassada olan pul vəsaitlərini və müvafiq kassa hesabatlarını müəyyən edilmiş qaydada mağaza rəhbərliyinə təhvil vermək.
  • Malların qaytarılması əməliyyatlarını yalnız müəyyən edilmiş prosedurlara, tələb olunan sənədlərə və mağaza rəhbərliyinin təsdiqinə uyğun həyata keçirmək.
  • Kassa zonasını daim təmiz, səliqəli və müştərilər üçün əlverişli vəziyyətdə saxlamaq.
  • Təsdiq edilmiş iş formasından (uniforma) istifadə etmək, xarici görünüş və şəxsi gigiyena tələblərinə riayət etmək, iş vaxtı ərzində yaxa kartını üzərində daşımaq.
  • Müştəri axınının yüksək olduğu pik saatlarda mağaza rəhbərinin tapşırığı ilə satış zalında çalışan əməkdaşlara dəstək göstərmək.
  • İş gününün sonunda kassanı və ona aid satış nöqtəsini təmiz, səliqəli və müəyyən edilmiş standartlara uyğun vəziyyətdə təhvil vermək.
  • İş fəaliyyəti zamanı şirkətin daxili intizam qaydalarına, müştəri xidməti standartlarına və müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Şirkətin etik davranış qaydalarına və korporativ davranış standartlarına riayət etmək.

Tələblər

  • Təhsil: Orta, peşə təhsili və ya ali
  • İş təcrübəsi: Vacib deyil
  • Cins: Bəy və Xanım namizədlər
  • Kollektivlə işləmək bacarığı
  • Tələbələrin müraciət etməsi mümkündür

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş vaxtı: 3 növbəli 
  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi 

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi:

  • Zəng və WhatsApp: 055 333 66 03
  • WhatsApp: 055 909 23 99 
  • Daily0
  • Weekly363
  • Monthly844