rahatemlak.az – Azərbaycanda fəalliyyət göstərən əmlak elanları saytı “SMM Menecer” vakansiyasını elan edir.
Qeyd: Vəzifə yalnız ofisdə (on-site) əsasındadır. Uzaqdan (remote) iş nəzərdə tutulmur.
Vəzifə öhdəlikləri:
- Şirkətin Facebook, Instagram, TikTok və digər sosial media platformalarında SMM fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
- Gündəlik, həftəlik və aylıq kreativ və yüksək keyfiyyətli kontentin hazırlanması, dizayn və paylaşım prosesinə nəzarət;
- Sosial mediada hədəf auditoriyanın müəyyənləşdirilməsi, reklam kampaniyalarının yerləşdirilməsi və nəticələrin analiz olunması;
- Paylaşımlardan sonra sosial şəbəkələrdə şərh və mesajlara cavab verilməsi, izləyici ilə aktiv ünsiyyətin saxlanılması;
- Photoshop və ya Canva proqramlarında işləmək bacarığı (digər dizayn proqramlarını bilmək üstünlükdür);
- Gələn zənglərə və sorğulara dəqiq və operativ informasiyanın verilməsi.
Namizədə dair tələblər:2
- Yaş həddi: 19 – 30 yaş;
- Təhsil: bakalavr dərəcəsini bitirmiş və ya ali məktəbin son kurs tələbəsi;
- Sosial media marketinqi (SMM) sahəsində minimum 2 il iş təcrübəsi;
- Kreativ, enerjik, təşəbbüskar və vizual düşüncə qabiliyyətinə malik olmaq;
- Azərbaycan dili (mükəmməl), rus və/və ya ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramlarını sərbəst bilmək;
- Komandada və müstəqil işləmə bacarığı, məsuliyyətli və ünsiyyətcil olmaq;
- Düzgün yazılı və şifahi ünsiyyət bacarığına sahib olmaq.
Əlavə məlumat:
- İş qrafiki: I–V günlər 09:00–18:00, şənbə 10:00–15:00;
- Əmək haqqı: 500 – 750 AZN (müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq);
CV-lərinizi “SMM Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.