Ram Holding Ram Holding
  • 699

Ram Holding

Professional Services

Kiçik Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Hüquqşünas

  • Deadline 5 April 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər: 

  • Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
  • Sahə üzrə ən az 6 ay iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar Məcəlləsini, İcra haqqında qanunu bilməli;
  • Azərbaycan dili biliyi əla səviyyədə (ingilis və rus dilləri biliyi arzuolunandır);
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
  • Standart müqavilə formalarını hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
  • Zərurət olduqda məhkəmə proseslərində, icra şöbələrində və digər dövlət və özəl təşkilatlarda Şirkətin maraqlarını müdafiə etmək;
  • Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək;
  • Dövlət orqanları və üçüncü şəxslərdən daxil olan məktub, ərizə və şikayətlərə müvafiq qaydada  cavablar hazırlamaq;
  • Müəssisədaxili normativ sənədlərin, o cümlədən Müəssisə üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
  • Bilavasitə tabe olduğu şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra etmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Port Baku Tower 2   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik hüquqşünas” yazaraq  elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily20
  • Weekly623
  • Monthly1197