Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
- CİSCO üzrə təcrübənin olması üstünlükdür;
- İngilis dili biliyi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Şəbəkə avadanlıqlarına dəstək xidmətlərini yerinə yetirir;
- Şəbəkə ilə əlaqəli ciddi insidentləri və problemləri araşdıraraq həll edir və hesabat hazırlayır;
- Yeni şəbəkə infrastrukturlarının yaradılmasında iştirak edir;
- Aktiv və passiv şəbəkə avadanlıqlarına texniki qulluğu yerinə yetirir;
- Şəbəkə avadanlıqlarında konfiqurasiyaların yenilənmələrini, arxivləşməsini həyata keçirir;
- Şəbəkənin monitorinqini həyata keçirir.
İş şərtlərimiz:
- Əmək haqqı: 1400-1600 AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 5-ci mərtəbə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik Şəbəkə İnzibatçısı” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.