Karyerasını Logistika sahəsində qurmaq istəyən məzunların nəzərinə!
RAM Holdinq Logistika üzrə Təcrübə Proqramı təşkil edir.
Bu fürsət sizə nə vəd edir?
- Logistika sahəsində mütəxəssis kimi yetişmək imkanı;
- Rəsmi və professional iş mühiti;
- Əvəzolunmaz təcrübə ilə birgə, həm də maddi qazanc;
- Sınaq müddətini tamamlayandan sonra, daimi işlə təmin olunma.
Bəs namizədlərdən tələbimiz nədir?
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dillərində yaxşı danışıq bacarığı.
İş şərtlərimiz:
- Əmək haqqı: 400 AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Port Baku Office.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə Təcrübəçi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.