Namizədə olan tələblər:
- Ali təhsil;
- 1C proqramı üzrə minimum 1 il təcrübə;
- Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Holdinq şirkətlərinin 1C bazalarında idxal mallarının mədaxilini aparmaq;
- Mallara bağlı xərcləri (terminal, daşıma, gömrük rüsumları, DGK/GB mədaxili və digər) daxil etmək;
- 1C-yə daxil ediləcək bütün ilkin sənədləri daxiletmədən əvvəl yoxlamaq (tamlıq, rekvizitlərin düzgünlüyü, məbləğ və kəmiyyətlərin uyğunluğu) ;
- Uyğunsuzluq və ya çatışmayan sənəd olduqda logistika, gömrük və maliyyə əməkdaşları ilə əlaqə saxlayıb həll etmək;
- Tapşırıq idarəetmə sistemində açılan sənədləşmə tapşırıqlarını vaxtında icra etmək və nəticəni tapşırıqda qeyd etmək;
- Daxili çatlar, e-poçt və telefon vasitəsilə daxil olan sorğuları cavablandırmaq;
- Mühasibatlıq və rəhbərlik üçün 1C-dən hesabat və çıxarışlar hazırlamaq, aylıq bağlanışa dəstək vermək;
- 1C üzrə avtomatlaşdırma və proses təkmilləşdirmə işlərində iştirak etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 500-600 AZN;
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Nahar təmin olunur;
- İş yeri: Port Baku 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Sənədləşmələri üzrə Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.