Ramco CJSC Ramco CJSC
  • 217

Avtomatika üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomatika üzrə mühəndis

  • Deadline 19 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Ali təhsil (avtomatika ixtisası üzrə);
  • Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Avtomatika və idarəetmə sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
  • Müvafiq normativ və standartlar barədə bilik;
  • MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə və diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Tikinti obyektlərində avtomatika və idarəetmə sistemlərinin layihə üzrə quraşdırılmasına və işə salınmasına nəzarət edilməsi;
  • Layihə sənədlərinin (sxem, spesifikasiya, iş layihələri) avtomatika hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
  • Avtomatika, siqnalizasiya, nəzarət-ölçü cihazları və idarəetmə panellərinin quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
  • Podratçı və təchizatçılar tərəfindən görülən avtomatika işlərinə texniki nəzarətin aparılması;
  • Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
  • Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
  • Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu
  • Əmək haqqı: 1800 AZN +
  • İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly136
  • Monthly1560