Namizədə olan tələblər:
- Ali təhsil(tikinti sahəsi üzrə);
- Mülki, sənaye və infrastruktur obyektlərinin idarə olunması üzrə ən azı 3 il iş təcrübəsi;
- Excel və AutoCAD-dan yüksək səviyyədə istifadə bacarığı;
- Kompüter bilikləri: MS Office (Excel, Word).
Vəzifə öhdəlikləri:
- Sifarişçi tərəfindən verilən işçi cizgilərin tikinti norma və qaydalarına, iş həcmləri cədvəlinə uyğunluğunun yoxlanılması və uyğunsuzluqların aşkar edilərək aradan qaldırılmasında iştirak.
- İş icraçıları və podratçılartərəfindən təqdim edilən məlumatlar və layihəyə əsasən əldə edilən nəticələr arasında uyğunsuzluğlar yarandıqda, mübahisəli rəqəmlərin araşdırılması, qaranlıq məqamlara aydınlıq gətirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması
- Hazır layihələrin yerli inşaat normalarına və standartlarına uyğunlaşdırılması, tələb olunan halda layihələrə əlavələrin edilməsi
- İstehsalçının tələblərinə əsasən detalların açıqlanmasının təqdim edilməsi
- Sahədən gələn Forma-2 lərin layihəyə uyğunluğunun yoxlanılması, Forma-3 sənədlərinin hazırlanması
- Layihə və smeta arasındakı fərqlərin müəyyən edilməsi
- Layihələrin və spesifikasiyalarının araşdırılması və səhvlərin müəyyən edilməsi
- Tender smetalarının tərtibində iştirak və həcmlərin qiymətləndirilməsi
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki şöbənin aparıcı mühəndisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.