Komandamıza ərazi üzrə Satış meneceri köməkçisi tələb olunur.
İşin təsviri:
- Şirkətin məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi və satışı
- Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının genişləndirilməsi
- Gündəlik olaraq 10 həkim ziyarəti
- Müştəri ehtiyaclarının araşdırılması və uyğun həll yollarının təklif edilməsi
- Satış planının icra edilməsi və müəyyən olunmuş hədəflərə çatmaq
- Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və əlaqələrin idarə edilməsi
- Satış sonrası müştəri məmnuniyyətinin təmin edilməsi
- Gündəlik hesabatların hazırlanması
İş şəraiti
- İş qrafiki aşağıdakı kimidir:
- I-V günlər: 09:00-dan 18:00-dək
- VI gün: 09:30-dan 16:00-dək.
- Yol xərci və telefon danışıqları şirkət tərəfindən qarşılanır.
Namizədə tələblər:
- Ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- Yaş: 21-30
- Cins: Bəy və ya xanım
- Satış sahəsində iş təcrübəsi olmalı
- MS Office proqramlarında işləmək bacarığı
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- Bakı şəhərini yaxşı tanımalı
- Məsuliyyətli, səbrli və operativ olmalı
- Komandada işləmək bacarığı
Əmək haqqı: 600 AZN və satışdan bonus.
Qeyd:
- İş ərazi üzrədir.
- İlk 2 ay təcrübəçi vəzifəsində iş öyrədilir, 400 azn əmək haqqı.
- Digər aylardan etibarən əmək haqqı 600 azn və satışdan bonus.
Müraciət qaydası:
- Əgər siz yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu sahədə çalışmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız e-poçt ünvanına CV göndərilən namizədlərə baxılacaq.