Kreativ Prodüser

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kreativ Prodüser

  • Deadline 24 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Redmark Agency olaraq komandamıza video və foto çəkilişləri ideyadan çəkilişə qədər idarə edəcək kreativ prodüser axtarırıq.

Öhdəliklər:

  • Pre-production: ssenari və brief əsasında çəkiliş planı, shot-list və call-sheet hazırlanması, komandanın (videoqraf, fotoqraf) çəkilişə hazırlanması
  • Çəkiliş günü: çəkilişlərdə şəxsən iştirak, prosesin vaxtında və brief-ə uyğun getməsinə nəzarət, həkimlərə kamera qarşısında rahat olmaqda dəstək
  • Məkan axtarışı: klinikadan kənar çəkilişlər və brend kampaniyaları üçün uyğun məkanların tapılması, razılaşdırılması və icarəsi
  • Rekvizit və logistika: lazım olduqda rekvizit, geyim, dekor və məhsulların təmin edilməsi; model, aktyor, qrim ustası kimi podratçılarla koordinasiya
  • Büdcə və nəzarət: çəkiliş xərclərinin planlanması və büdcə çərçivəsində qalınması
  • Post-production ötürülməsi: materialların montaj komandasına vaxtında və sistemli şəkildə təhvil verilməsinə nəzarət

Tələblər:

  • Prodakşn, reklam agentliyi, media və ya tədbir təşkili sahəsində minimum 1 il təcrübə
  • Video çəkiliş prosesini, xüsusilə Reels/TikTok formatlı sosial media kontentinin necə hazırlandığını yaxşı anlamaq
  • Güclü təşkilatçılıq: eyni həftədə bir neçə müştəri üzrə çəkilişləri planlayıb idarə edə bilmək
  • Həkimlər və klinika rəhbərliyi ilə peşəkar və nəzakətli ünsiyyət qurmaq bacarığı
  • Tibbi mühitin həssaslığını anlamaq: pasiyent məxfiliyinə və klinika qaydalarına hörmət
  • Stresli situasiyalarda soyuqqanlı qalmaq və çəkiliş günü yaranan problemləri operativ həll etmək

İş şəraiti

  • Əmək haqqı: 500-700 AZN
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00

Nə təklif edirik:

  • Qurulmuş proseslər və aydın kontent planı ilə sistemli iş mühiti
  • Videoqraf, kontent və marketinq komandası ilə yaxın əməkdaşlıq
  • Güclü komanda mədəniyyəti və mütəmadi team building

CV-nizi və varsa portfolionuzu “Prodüser” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily49
  • Weekly246
  • Monthly1722