Namizədə olan tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
- Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə dərin biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- 1C 8.3 proqramında sərbəst işləmə təcrübəsi;
- E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
- Vergi qanunvericiliyini mükəmməl bilməli;
- Dövlət hesabatlarının tərtib edilməsi üzrə bilik və təcrübə;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
Əsas vəzifə və öhdəliklər:
- Uçotun Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ-hüquqi aktlara uyğun təşkil edilməsi;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsi;
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsi;
- Mühasibat-maliyyə hesabatlarının müəyyən olunmuş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət;
- Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması;
- Hesab-faktura və elektron qaimələrin tərtib edilməsi;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqları, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması və köçürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: 2000 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.