R Referans CLC
  • 508

Referans CLC

Healthcare

USM / Tovuz

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

USM / Tovuz

  • Deadline 13 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Referans CLC

About company

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. 

Bizim əsas məqsədimiz əhaliyə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.

Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnuniyyətini yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə əldə etdik.

Mərkəzimizin laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Burada 9 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya) və bir sıra alt bölmələr (hamilələrin prenatal skrininqi, diabetik monitorinq, axınlı sitometriya, yenidoğulmuşların metabolik skrininqi və s.) üzrə 4000-nə yaxın laborator müayinələr aparılır.

Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.