Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə uyğun aparılması
- Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək;
- Gündəlik maliyyə əməliyyatlarının 1C və ya digər mühasibat proqramında işlənməsi
- Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq;
- Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
- ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək;
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması
- Maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə)
- Minimum 3 il mühasibat sahəsində iş təcrübəsi (istehsalat və ya xidmət sektorunda təcrübə üstünlükdür)
- Vergi Məcəlləsi, Əmək Qanunvericiliyi və mühasibat standartları üzrə biliklər
- 1C, Excel və digər müvafiq proqramlarla işləmə bacarığı
- Dəqiqlik, məsuliyyət və operativlik
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (rus dili və ingilis dili biliyi üstünlükdür.)
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- İş yeri: Bakı şəhəri
- 5 günlük iş qrafiki: 09.00-17.00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.