Əsas Öhdəliklər
- REGNA POWER SUPPLY portfelinə daxil olan elektrik avadanlıqlarının (kabellər, transformatorlar, güc mənbələri / UPS, generatorlar, paylayıcı panellər, avtomatika və sənaye təchizatı) satışı və layihələndirmə təchizatını idarə etmək.
- Potensial B2B müştərilərini (tikinti və podratçı şirkətlər, sənaye müəssisələri, energetika və infrastruktura layihələri) aşkar etmək və yeni tərəfdaşlıqlar qurmaq.
- Müştərilərin texniki tələbatlarını analiz edərək uyğun kommersiya və texniki təkliflər (KP) hazırlamaq və təqdim etmək.
- Kommersiya danışıqları aparmaq, müqavilələr bağlamaq və ödəniş proseslərinə nəzarət etmək.
- Bazar tələbatını və rəqiblərin fəaliyyətini izləmək, yeni məhsul xətlərinin irəlilədilməsində iştirak etmək.
- Satış planlarının yerinə yetirilməsi və rəhbərliyə dövri hesabatların təqdim olunması.
Namizədə Olan Tələblər
- Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi, Energetika, Avtomatlaşdırma və ya Biznes/İqtisadiyyat sahələri üstünlükdür).
- Təcrübə: B2B satışı, elektrik avadanlıqları və ya güc sistemlərinin təchizatı sahəsində ən azı 1–3 il iş təcrübəsi.
- Biliklər: Elektrik və enerji təchizatı avadanlıqları üzrə baza texniki biliklər.
- Dil bilikləri: Azərbaycan dili (səlis); Rus və ya İngilis dili bilikləri arzuolunandır.
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel), 1C / CRM proqramları ilə işləmək bacarığı.
- Şəxsi keyfiyyətlər: Yüksək danışıqlar aparmaq bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyə yönümlülük.
Şirkətin Təklifləri
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi rəsmiləşdirmə.
- 1000 AZN sabit əməkhaqqı və rəqabətədavamlı satış bonusları.
- Elverişli və rahat lokasiya (Ulduz m/s-nin çıxışında yerləşən RST Biznes Mərkəzi).
- Energetika və təchizat sahəsində peşəkar komanda ilə işləmək və karyera inkişafı imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndər bilər və ya mövzu hissəsində "Satış Mütəxəssisi – REGNA POWER SUPPLY" qeyd etməklə [email protected] və ya [email protected] elektron ünvanlarına göndərə bilərlər.