ReMedium Korea şirkəti Qrafik Dizayner vakansiyası üzrə müraciətləri qəbul edir. Siz də peşəkar və innovativ komandamızın bir parçası olmaq istəyirsinizsə, müraciət etməyə tələsin!
Vəzifə öhdəlikləri:
- Satış və məhsullara dair kreativ konseptlərin hazırlanması və müxtəlif ölçülərə uyğunlaşdırılması
- Şirkətin imic kampaniyaları üçün vizual konseptlərin yaradılması
- Sosial media hesabları üçün postların dizayn edilməsi
- Buklet, flayer, kataloq və digər çap və rəqəmsal kommunikasiya vasitələrinin dizaynı - loqo/branding/package dizaynı
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
- Kreativ yanaşma tələb edən layihələrdə aktiv iştirak
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi
- Adobe Illustrator və Adobe Photoshop proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Adobe InDesign və ya CorelDRAW proqramlarından birində işləmə bacarığı
- Adobe After Effects, Adobe Premiere və Adobe Flash proqramlarını bilən namizədlərə üstünlük verilir
- Müvafiq proqramlar üzrə sertifikatların mövcudluğu arzuolunandır
- Dizayn sahəsindəki trendləri izləmək və tətbiq etmək
- Dil bilikləri: İngilis dili – orta və ya yüksək səviyyədə
İş şərtləri:
- Maaş: 1000 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00
- Rahat və mehriban iş mühiti
- İş yeri: Roseville yaşayış kompleksi
Müraciət qaydası:
- Zəhmət olmasa CV və portfolio nümunələrinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.